Niderland hökuməti Ukrayna üçün ümumi məbləği 500 milyon avro olan pilotsuz uçuş aparatları (PUA) və hava hücumundan müdafiə (HHM) vasitələri almağı öhdəsinə götürüb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bu vəsaitin yarısı PURL proqramı vasitəsilə ayrılacaq. pizza sifarişi
Niderland özünün müdafiə şirkətlərindən 250 milyon avro məbləğində dronlar alacaq. Qalan 250 milyon avro isə Ukraynaya ABŞ istehsalı olan silahların tədarükü üzrə PURL təşəbbüsü çərçivəsində istifadə olunacaq.
Yeni öhdəliklə Niderlandın bu təşəbbüsə ümumi töhfəsi 1 milyard avroya çatır. Proqram çərçivəsində Kiyevə hava hücumundan müdafiə üçün avadanlıq və raketlər, həmçinin "F16" qırıcıları və digər sistemlər üçün döyüş sursatları tədarük edilir./Report
Telegram kanalımız