ABŞ Ədliyyə Nazirliyi Ağ Evdə keçirilən UFC turnirinə hücum planını Prezident Donald Trampa qarşı yeni sui-qəsd cəhdi kimi qiymətləndirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə məhkəmə sənədində qeyd olunub.
Bundan əvvəl Federal Təhqiqatlar Bürosu (FTB) sözügedən planın qarşısının alındığını açıqlamışdı. Bildirilirdi ki, cinayətkarlar partlayıcı maddələrlə doldurulmuş dronlardan istifadə etməklə tədbiri pozmağı və təxliyəyə səbəb olmağı, daha sonra isə insanları snayperlərin atəş zonasına yönləndirməyi planlaşdırıblar. pizza
FTB bu hadisə ilə əlaqəli 23 nəfəri müəyyən edib, onlardan beşi saxlanılıb. Şübhəliləri ömürlük həbs cəzası və 250 min dollaradək cərimə gözləyir./Oxu.az
Telegram kanalımız