"Memorandumda qeyd olunan yekun razılaşma 60 gün ərzində əldə olunmasa, ABŞ İrana qarşı hərbi əməliyyatlara yenidən başlayacaq".


"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransanın Evian şəhərində keçirilən mətbuat konfransında bildirib.


"Razılaşma tam istədiyimiz kimi oldu. İranla razılığa gələ bilməsəydik, onları daha iki il bombalaya bilərdik. Əgər 60 gün ərzində razılıq əldə olunmasa, yenidən bombardmana başlayacağıq", - deyə Tramp qeyd edib. Dördpendirli pizza


Anlaşma memorandumunun bir nüsxəsini İsrailə də göndərdiklərini bildirən ABŞ prezidenti vurğulayıb: "Netanyahu bəzən bir az həddindən artıq həyəcanlanır, lakin o, yaxşı tərəfdaşdır. İsrail "Hizbullah" məsələsində daha yaxşı nəticə göstərə bilərdi".


Tramp İranla əldə olunan anlaşma memorandumunun yekun razılaşma olmadığını qeyd edərək xəbərdarlıq edib: "Əgər gedişatdan məmnun qalmasam, hərbi əməliyyatları yenidən bərpa edəcəyik"./Oxu.az



Telegram kanalımız