Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətin seçki saxtakarlığı ittihamları fonunda ölkədə yeni parlament seçkilərinin keçirilməsini istisna edib.
“Yeni Sabah” Armenpress-ə istinadla xəbər verir ki, o bu məsələ ilə bağlı suala cavab olaraq jurnalistlərə bildirib:
"Əlbəttə ki, yox. Yeni seçkilər keçirməyəcəyik". Marqarita pizza
Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) yekun nəticələrinə görə, Vətəndaş Müqaviləsi partiyası 7 iyun seçkilərində səslərin 49,7%-dən çoxunu toplayıb. Bu nəticə partiyaya təkbaşına yeni hökumət qurmağa imkan verəcək.
S.Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyası səslərin təxminən 23,3%-ini, Robert Koçaryanın “Ermənistan” bloku isə 9,9%-dən çox səs toplayıb. Qagik Sarukyanın Çiçəklənən Ermənistan partiyası isə 4%-lik həddi keçə bilməyib və təxminən 3,9% səs toplayıb.
Telegram kanalımız