“ABŞ və İran arasında imzalanan sazişin sülhə çevrilməsinə bir maneə varsa, o da İsraildir”.
Bunu “Yeni Sabah”a şərqşünas-yazar Kənan Rövşənoğlu bildirib.
O, Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında imzalanmış Anlaşma Memorandumunu şəh edib: Dominos pizza
“İranın nüvə silahı əldə etməkdən imtina etməsi, ABŞ-niın Oman körfəzində tətbiq etdiyi blokadanı götürməsi, İranın yenidən qurulması üçün vəsait ayrılması, habelə Tehranın dondurulmuş vəsaitlərinin mərhələli şəkildə geri qaytarılması sənəddə əksini tapan əsas məsələlərdir. Amma bu son deyil. ABŞ və İran arasında Yekun saziş 60 gün ərzində razılaşdırılıb imzalanmalıdır”.
K.Rövşənoğlu qeyd edib ki, ABŞ-İsrail və İran arasında baş verən müharibədə birmənalı şəkildə qalib və ya məğlub tərəf yoxdur:
“Ancaq müharibənin başladığı dövrə, yəni ABŞ və İsrailin İrana hücum edərkən elan etdiyi hədəfləri yada salsaq, hücum edən tərəf İrana infrastruktur zərbələrindən başqa ciddi bir nəticə əldə edə bilmədi. Rejim dəyişmədi, Tehranın nüvə obyektləri tamamilə məhv edilmədi, zənginləşdirilmiş uran əlindən alınmadı. Əksinə, İran Hörmüz boğazını bağlamaqla ABŞ-ni çətin vəziyyətə saldı və sülh sazişi imzalamağa vadar etdi. Bu mənada İran hücuma məruz qalan tərəf olaraq hədəfinə daha çox nail oldu.
Diplomatiyada belə bir qayda var: bütün maddələr razılaşdırılmadıqca heç bir maddə qüvvəyə minə bilməz. Hələlik sülh prosesi başlanğıc mərhələdədir. Ancaq iki tərəfin masaya qaneedici nəticə qoyması, – başlanğıc olsa belə, – müsbət hadisədir”.
Şərqşünas-yazarın fikrincə, hazırda sülh sazişi üçün əsas maneə İsrailin Livandakı hərbi fəaliyyətləridir:
“İsrailin indiki halda təkbaşına prosesi pozmaq imkanları xeyli məhduddur. Hər kəs anlayır ki, müharibə vəziyyəti uzun müddət davam edə bilməz, sülh əldə olunmalıdır. ABŞ böyük dövlətdir, onun qlobal maraqları var. İsrail isə regional dövlətdir, onun maraqları istənilən halda ABŞ-nin maraqlarının önünə keçə bilməz. Lakin İsrail rəhbərliyi prosesi pozmaq üçün avantüraya gedə bilər. Ancaq dediyim kimi, bunun üçün meydan kifayət qədər dardır. Baş nazir Binyamin Netanyahunun son 3 ildə apardığı siyasət nəticəsində İsrail Avropa və ABŞ-də dəstəyini ciddi şəkildə itirib.Yenidən müharibə ehtimalı az olsa da, prosesin hamar olacağını demək olmaz, müəyyən gərginliklərin baş verməsi mümüknüdür. Ümumən böyük müharibəyə qayıtmaq ehtimalı azdır”.
Aytac Əliyeva
Telegram kanalımız