Cəlilabad rayonunda elektrik montyorunu cərəyan vuraraq öldürüb.


"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Mirzəli kəndi ərazisində baş verib.


Rayonun Qarakazımlı kənd sakini, 1982-ci il təvəllüdlü hava-xətt montyoru Fariz Məmmədov kənd ərazisindəki elektrik dirəyində təmir-bərpa işləri apararkən elektrik cərəyanı vurub. Dördpendirli pizza


Hadisə nəticəsində elektrik dirəyindən yıxılan F.Məmmədov orada ölüb.


Faktla bağlı araşdırma aparılır./Oxu.az



Telegram kanalımız