Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonunda vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.


Nazirlikdən "Yeni Sabah"a verilən xəbərə görə, nəlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.


Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2003-cü il təvəllüdlü vətəndaşın göz qapağının geyiminin zəncirbəndinə ilişməsi nəticəsində təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub. Marqarita pizza


Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə vətəndaşa müvafiq köməklik göstərilib.




Telegram kanalımız