Ağdam rayonunda 4 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Yeni Sabah" xəbər verir ki, qəza rayonun İmamqulubəyli qəsəbəsi ərazisində qeydə alınıb.


Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil yol kənarında olan 4 piyadanı vurub. Dördpendirli pizza


Hadisə zamanı 1979-cu il təvəllüdlü Mələk Baxşalıyeva, 1975-ci il təvəllüdlü Nicat Hümbətov, 1981-ci il təvəllüdlü Məhbubə Zeynalova və 2022-ci il təvəllüdlü Etibar Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların üçü bir ailənin üzvüdür (bacıdır).


Xəsarət alanlar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.


Faktla bağlı araşdırma aparılır./APA



Telegram kanalımız