Lənkəran rayonunda fərdi yaşayış evində yanğın olub.


"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Şağlaser kəndində baş verib.


Belə ki, kənd sakini, 1979-cu il təvəllüdlü Yalçın Abasət oğlu Əliyevə məxsus ümumi sahəsi 240 kv.m olan iki mərtəbəli fərdi yaşayış evinin dam örtüyü və evin 50 kvadratmetrlik hissəsi əşyalarla birlikdə yanıb. pizza


Hadisə yerinə Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub.


Alov yanğından mühafizə bölmələrinin müdaxiləsi nəticəsində söndürülüb. Faktla bağlı araşdırma aparılır.



Telegram kanalımız