"Cənab Prezident media sahəsinin inkişafı istiqamətində mühüm addımlar atıb. Mətbuat nümayəndələri üçün yaşayış binalarının tikilməsi, jurnalistlərə mənzillərin verilməsi, qəzetlərə maliyyə dəstəyinin göstərilməsi, həmçinin media qurumlarının dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılması bu siyasətin tərkib hissəsidir".
"Yeni Sabah" xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar iclasında deputat Siyavuş Novruzov “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən səsləndirib. O bildirib ki, həmin mexanizmlər vasitəsilə media qurumlarına mütəmadi maliyyə dəstəyi göstərilir:
"Bu, Azərbaycan dövlətinin və cənab Prezidentin media sahəsinə daim diqqət ayırdığının konkret göstəricilərindən biridir. Bununla yanaşı, müasir dövrdə medianın qarşısında yeni çağırışlar da mövcuddur. Təəssüf ki, xaricdə fəaliyyət göstərən bəzi şəxslər və platformalar Azərbaycan dövləti, xalqı, ordusu və dövlət rəhbərliyi ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar yayır, müxtəlif təxribat xarakterli materiallar dərc edirlər. Bu cür halların qarşısının alınması, informasiya təhlükəsizliyinin təmin olunması və dezinformasiyaya qarşı mübarizənin gücləndirilməsi aktual məsələlərdən biridir. Hesab edirəm ki, qanunvericilikdə bu istiqamətdəki mexanizmlər daim təkmilləşdirilməli, söz azadlığı ilə informasiya təhlükəsizliyi arasında balans qorunmaqla milli maraqların müdafiəsi təmin edilməlidir". Dördpendirli pizza
Nazim Hacıyev
Telegram kanalımız