Belarus Prezidenti Aleksandr Lukaşenkoya Minsk bölgəsindəki südçülük fermasına səfəri zamanı "Musya" adlı Cersi inəyi hədiyyə edilib.
"Yeni Sabah" BelTA-ya istinadla xəbər verir ki, dövlət başçısı "BelInterGen-Agro2 MMC-nin törəmə müəssisəsi olan "Yaçenka" fermasının fəaliyyətini yoxlamaq üçün Uzda rayonuna səfər edib.
Fermada əsasən Holşteyn inəkləri yetişdirilir, lakin Cersi inəklərinin yetişdirilməsinə də başlanılıb. Dövlət başçısına Cersi inəyi hədiyyə edilib. pizza sifarişi
Cersi inəyi kiçik südçülük inəyi cinsidir. Südü yüksək yağ və zülal tərkibi, eləcə də yüksək A2 zülal tərkibi ilə xarakterizə olunur. Eyni zamanda, yüngül çəkisi səbəbindən Cersi inəkləri xeyli az yem tələb edir. Gündəlik süd məhsuldarlığı 30 litrə qədərdir.
Telegram kanalımız