Xarici işlər naziri Ceyhun Bayramov Malayziyanın Bakıdakı səfiri Ahmad Kamrizamil Bin Mohd Rzanı Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə Malayziya arasında dostluq və əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun inkişafı, qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, enerji, təhsil, turizm, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın təşviqinin əhəmiyyətini vurğulayıblar. Toyuqlu pizza
Görüşdə Azərbaycan və Malayziya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər Azərbaycanın Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalar çərçivəsində səmərəli əməkdaşlığının, bu il və gələn il Azərbaycanda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) sammitinin və İslam Əməkdaşlıq Təşkilatı sammitinin əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətini məmnunluqla qeyd ediblər.
Görüş zamanı postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi və regional əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
C.Bayramov səfirə Azərbaycanda fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfir Ahmad Kamrizamil Bin Mohd Rza ölkədə fəaliyyəti müddətində göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib, Azərbaycan ilə Malayziya arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Görüş zamanı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Telegram kanalımız