Hazırda dünyanın ən hündür binası 2010-cu ildən bəri bu titulu qoruyan Dubaydakı 828 metrlik "Burj Khalifa"dır. Lakin "Ciddə Qülləsi" tamamlandıqda mövcud rekordu təxminən 180 metr fərqlə geridə qoyacaq.  Pandemiya və regional siyasi səbəblərdən inşası bir müddət dayanan qüllənin tikinti işləri yenidən sürətlənib. Hazırda bina həftədə 4 metr sürətlə ucalır. Aprel ayı etibarilə 100-cü mərtəbəni geridə qoyan qüllənin hündürlüyü artıq 400 metri keçib.


“Yeni Sabah” xəbər verir ki, ümumi hündürlüyü 1000 metrə (1 kilometrə) çatacaq bu nəhəng qüllə, bəşər tarixində insanların süni oksigen dəstəyi olmadan daimi yaşaya biləcəyi və bulud təbəqəsinin üzərinə çıxan ilk süni tikili olacaq.


Memarlıq möcüzəsi hesab olunan bu layihənin ümumi dəyəri təxminən 885 milyon funt-sterlinq təşkil edir və müasir memarlığın ən iddialı addımı sayılır. Layihə başa çatdıqdan sonra "dünyanın ən hündür binası" ünvanı rəsmən Səudiyyə Ərəbistanına keçəcək. Dördpendirli pizza


Cəlalə Cəlalqızı



Telegram kanalımız