Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İsraili Livanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.
"Yeni Sabah" xəbər verir ki, o, bu barədə Aİ sammitinin yekun mətbuat konfransında danışıb.
“Livanda baş verənlər Avropa İttifaqında dərin narahatlıq doğurur. İsrailin Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi vacibdir”, – deyə Fon der Lyayen bildirib. Pepperoni pizza
O, çıxışında və jurnalistlərin suallarını cavablandırarkən Aİ sammitində İsrailə və ya onun hökumət üzvlərinə qarşı sanksiyaların müzakirə olunub-olunmadığı barədə məlumat verməyib.
Qeyd edək ki, son dövrlərdə Avropa İttifaqının bəzi ölkələrində İsrailə qarşı sanksiyaların tətbiqi ilə bağlı çağırışlar səsləndirilir./APA
Telegram kanalımız