Hörmüz boğazı bağlıdır və yalnız İrana gedən gəmilərin keçməsinə icazə verilir.
“Yeni Sabah” Fars-a istinadla xəbər verir ki, bu barədə İran hərbi mənbəsi məlumat yayıb.
O bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun donanması növbəti xəbərdarlığa qədər heç bir tranzit icazəsi vermir. Toyuqlu pizza
Bundan əvvəl ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) əvvəllər Tehranın bağlanması barədə açıqlamasına baxmayaraq, ticarət gəmilərinin Hörmüz boğazında üzməyə davam etdiyini bildirib.
Komandanlıq qeyd edib ki, Yaxın Şərqdə yerləşən ABŞ hərbi qüvvələri ABŞ və İran arasında anlaşma memorandumunun bütün müddəalarına riayət olunmasını və tam şəkildə həyata keçirilməsini təmin etməyə davam edir.
"Əlli beş ticarət gəmisi artıq bu ərazidən (Hörmüz boğazı) keçib və qlobal bazarlara böyük həcmdə yük və 17 milyon bareldən çox neft daşıyıb", - deyə Mərkəzi Komandanlıq bildirib.
Şənbə günü İran Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İsrailin Livanda atəşkəsi pozması və ABŞ-ın hərbi əməliyyatlara son qoymaq üçün ilkin razılaşmanın birinci bəndini yerinə yetirməməsi səbəbindən Hörmüz boğazının bağlandığını elan edib.
Telegram kanalımız