Pentaqonun İrana qarşı hərbi əməliyyatının ən azı 40 milyard dollara başa gəlib.
"Yeni Sabah" xəbər verir ki, bu, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesabatında əks olunub.
Müharibənin ilkin dəyəri təxminən 40 milyard dollardır, lakin ümumi xərc daha yüksəkdir. Marqarita pizza
CSIS-in baş məsləhətçisi Mark Kansianın sözlərinə görə, bu rəqəmə sursat, itirilmiş avadanlıq və hərbi bazaların bərpası xərcləri daxildir. Lakin qiymətləndirməyə ABŞ Müdafiə Nazirliyinin 2026-cı maliyyə ili üçün büdcəsinə artıq daxil edilmiş əməliyyat xərcləri daxil deyil. Ümumi müdafiə büdcəsi 1 trilyon dolları keçib.
ABŞ Hərb Nazirliyi artıq 20 milyard dollara qədər əlavə maliyyələşdirmədən istifadə edib. Bu məqsədlər üçün ümumilikdə 80 milyard dollar tələb olunub.
Telegram kanalımız