"Telecom Armenia" ASC-nin və "Azertelecom" iki ölkə ərazisindən kommersiya əsaslı internet tranzitinin ötürülməsi və təchizatını təmin edən ikitərəfli müqavilə imzalayıblar.
"Yeni Sabah" news.am-a istinadla xəbər verir ki, müqavilənin bir hissəsi olaraq, "Telecom Armenia" öz infrastrukturu vasitəsilə Azərbaycana tranzit təmin edərək, ölkələrin sayını və beynəlxalq internet trafikinin coğrafiyasını genişləndirir.
Müqavilənin məqsədi regionda rabitə marşrutlarının şaxələndirilməsini təşviq etmək, telekommunikasiya şəbəkələrinin etibarlılığını artırmaq və telekommunikasiya sektorunda əməkdaşlığı inkişaf etdirməkdir. pizza mizza
Telegram kanalımız