Salyanda avtomobillər toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.


"Yeni Sabah" xəbər verir ki, qəza Ələt-Astara avtomobil yolunda qeydə alınıb.


"Mercedes" markalı iki avtomobil toqquşub. Qəza nəticəsində 1984-cü il təvəllüdlü Sabirabad rayon sakini Səbuhi Həsənov, Salyan rayon sakinləri - 1991-ci il təvəllüdlü Könül Eminova, 1964-cü il təvəllüdlü Sevil Məmmədova, 1965-ci il təvəllüdlü Gülxar Abdulova və 1988-ci il təvəllüdlü Elnarə Mehdiyeva müxtəlif dərəcəli xəsarətlər alıblar. pizza mizza


Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.



Telegram kanalımız