Böyük Britaniyanın Baş naziri Keir Starmer iqamətgahının qarşısındakı Dauninq küçəsində çıxış edərkən hökumət başçısı vəzifəsindən istefa verəcəyini və Leyboristlər Partiyasının rəhbərliyindən imtina edəcəyini bildirib.
"Yeni Sabah" Sky News-a istinadla xəbər verir ki, o, artıq bu qərar barədə Kral III Çarlzı məlumatlandırıb.
Starmer Leyboristlər Partiyası rəhbərliyindən yeni liderin seçilməsi üçün vaxt çərçivəsi müəyyən etməsini istəyib. Namizədliklərin irəli sürülməsi iyulun 9-da başlayıb 16-da başa çatacaq. Proses davam edərsə, yeni partiya lideri parlament tətilindən sonra, sentyabrda yeni sessiyanın başlamasına qədər seçiləcək. Starmer partiya hakimiyyətin keçidini başa çatdırana qədər rəhbərlikdə qalacaq. Pepperoni pizza
Hələ ötən həftənin sonunda Starmer Leyboristlər Partiyasının rəhbərliyindən və ya vəzifəsindən imtina etməyəcəyini bildirib.
Onun mövqeyi iyunun 18-də Makerfild seçkilərində Mançester meri Endryu Börnemin qələbəsi ilə sarsılıb. Börnem Leyboristlər Partiyasının lideri və daha geniş şəkildə Baş nazir vəzifəsi uğrunda yarışa başlamağı planlaşdırırdı. Bundan əvvəl təxminən 100 millət vəkili Starmeri istefa verməyə çağırmışdı.
Starmerin problemləri Leyborist Partiyasının İngiltərə yerli şurası seçkilərindəki zəif göstəricilərindən, eləcə də may ayında keçirilən Uels və Şotlandiya parlament seçkilərindən sonra daha da pisləşdi. Bu seçkilərdə partiya 1500-dən çox yer itirdi. Bundan sonra, millət vəkilləri də daxil olmaqla, bir çox partiya üzvü baş naziri istefa verməyə çağırdı. İndiyə qədər Starmer bu variantı nəzərdən keçirməkdən imtina edib.
Telegram kanalımız