Bu gün Oman və İran Hörmüz boğazında gəmiçiliyin gələcək idarəçiliyi, o cümlədən strateji su yolunda dəniz xidmətləri və xərclərlə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
"Yeni Sabah" xəbər verir ki, bu barədə “Reuters“ danışıqların yekunlarına dair açıqlamaya istinadən məlumat yayıb.
Tərəflərin Məsqət şəhərində keçirilən görüşündən sonra yayılan birgə bəyanatda bildirilib ki, danışıqların davam etdirilməsi üçün iki ölkənin Xarici İşlər nazirliklərinin iştirakı ilə birgə işçi qrupu yaradılacaq. Sezar pizza
Həmçinin qeyd olunub ki, Omanla İran Hörmüz boğazının sahilyanı ölkələri və digər aidiyyəti tərəflərlə məsləhətləşmələr aparacaq./APA
Telegram kanalımız