Xarici işlər naziri Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.


Səfər çərçivəsində nazirin iyunun 25-də Polşanın Qdansk şəhərində keçiriləcək Ukrayna Bərpa Konfransında iştirakı nəzərdə tutulur. Sezar pizza


C.Bayramovun konfrans çərçivəsində bir sıra yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.


Aytac Əliyeva



Telegram kanalımız