ABŞ-İsrail ilə 40 günlük müharibə zamanı İranda onlarla humanitar və tibb müəssisəsi zərər çəkib.


“Yeni Sabah” Mehr-ə istinadla xəbər verir ki, bunu İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pirhüseyn Kolivənd bildirib.


Münaqişə zamanı Qızıl Aypara işçiləri bir gündən 25 günə qədər davam edən təxminən 6000 xilasetmə missiyası həyata keçiriblər. Dominos pizza


Xilasedicilər dağıntılar altından 7250 nəfəri diri çıxarmağı, təxminən 10.000 yaralıya yerində tibbi yardım göstərməyi və bütün ölənlərin cəsədlərini tapıb təxliyə etməyi bacarıblar.


Kolivandın sözlərinə görə, mülki infrastruktura ciddi ziyan dəyib. Ümumilikdə, İran tərəfi 149.528 qeyri-hərbi obyektə hücum edildiyini qeyd edir. Bunlara 123.647 yaşayış binası, 24.450 kommersiya obyekti, 350 tibbi, sanitar və təcili yardım mərkəzi və 56 Qızıl Aypara obyekti daxildir.


Təşkilat rəhbəri bildirib ki, Qızıl Ayparanın Beynəlxalq Departamenti beynəlxalq humanitar hüququn pozulması iddialarını sənədləşdirib. Bununla bağlı beynəlxalq təşkilatlara və müvafiq qurumlara 35 müraciət göndərilib.


İran rəsmi olaraq beynəlxalq yardım istəməsə də, 18 ölkə və beynəlxalq təşkilat ölkəyə humanitar yardım göndərib.



Telegram kanalımız