Rusiya tərəfi İrəvanın KTMT-də iştirakı ilə bağlı qərar qəbul etməsini gözləyir.


"Yeni Sabah" RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev bildirib.


Rusiya tərəfinin Ermənistandan hansı tədbirlərin görülməsini gözlədiyinə dair suala cavab olaraq o deyib: "Qərar qəbul etmək - təşkilatda qalmaq və ya başqa bir ssenariyə üstünlük vermək. Onlar bu barədə bizə məlumat verməlidirlər". Dördpendirli pizza


Bir müddət əvvəl Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünün davam etdirilməsinin təşkilat rəhbərliyində ətraflı müzakirə ediləcəyini bildirmişdi.



Telegram kanalımız