Azərbaycan ərazisindən internet trafikinin tranzitində təhlükə yoxdur.


"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.


O qeyd edib ki, internet trafikinin tranziti Ermənistan üçün Azərbaycandan asılılıq yaratmır: Sezar pizza


"Daim deyirik ki, Ermənistan tranzit qovşağına çevrilməlidir. Ermənistandan nə qədər çox axın keçərsə, iqtisadi, siyasi çəkimiz və təhlükəsizlik səviyyəmiz bir o qədər yüksək olar. Buna qarşı çıxanlar istəyir ki, Ermənistan münaqişə dalanında qalsın".


Xatırlatma: iyunun 22-də "AzerTelecom" və "Telecom Armenia" şirkətləri Azərbaycan ərazisindən beynəlxalq internet trafikinin tranziti haqqında ikitərəfli saziş imzalayıblar.



Telegram kanalımız