Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb. Onlardan 1596-sı bu il geri qayıdıb.


"Yeni Sabah" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski video müraciətində açıqlayıb.


"Biz Rusiya əsirliyində olan hər bir şəxsi - həm hərbçiləri, həm də mülki şəxsləri - qaytarmalıyıq. Hər bir soyadı yoxlayırıq. Mübadilələr davam edir", - deyə Prezident qeyd edib. Dördpendirli pizza


O qeyd edib ki, əsirlikdən geri qaytarılanların reabilitasiyaya cəlbi vacibdir.


“Onların uyğunlaşma, lazımi müalicə və sosial məsələlərin həlli - bütün bunlar vacibdir və qayğı və dəstək olmalıdır”, - deyə dövlət başçısı bildirib.



Telegram kanalımız