Ukrayna ordusunun "MiQ-29" qırıcısı Poltava vilayətində qəzaya uğrayıb.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Ukrayna SQ-nin Hərbi Hava Qüvvələri məlumat yayıb.


"27 iyun 2026-cı il gecəsi Poltava vilayətində döyüş tapşırığını yerinə yetirən Ukrayna Silahlı Qüvvələrinə məxsus "MİQ-29" qırıcısı ilə əlaqə itib. Təyyarənin itirildiyini təsdiqləyirik", - deyə məlumatda qeyd edilib. Dördpendirli pizza


Bildirilib ki, pilot katapult edərək xilas olmağı bacarıb. Hazırda təyyarənin qəzaya uğrama səbəblərinin araşdırıldığı bildirilir.



Telegram kanalımız