Ankara “F-35” qırıcı təyyarələri proqramına qayıtmaq üçün Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə sistemlərini üçüncü bir ölkəyə satmaq qərarına gələ bilər.


“Yeni Sabah” Euractiv-ə istinadla xəbər verir ki, bir rəsminin sözlərinə görə, Türkiyənin “S-400” sistemlərini Rusiyaya qaytarmaq əvəzinə, üçüncü bir ölkəyə satacağı müqavilələrdən asılı ola bilər.


Cənubi Koreya bir seçim kimi qeyd olunur. Dördpendirli pizza


2019-cu ildə müqavilə əsasında “S-400” hava hücumundan müdafiə sistemlərini aldıqdan sonra Türkiyə “F-35” proqramından kənarlaşdırılıb.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əvvəllər “S-400”-lərin geri qaytarılmasının tərəfdarı olduğunu bildirmişdi.



Telegram kanalımız