Hazırda İrandan yalnız Çin neft alır, digər ölkələr ABŞ sanksiyalarının bərpa olunma ehtimalından narahatdırlar.


"Yeni Sabah" Fox News-a istinadla xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib.


Onun sözlərinə görə, İran Çinə endirimlə neft satır.  Dominos pizza


Nazir ABŞ-İran memorandumunun imzalanmasından bəri neft qiymətlərinin düşməsini alqışlayıb və əlavə edib ki, administrasiya benzin təchizatçılarından qiymət endirimlərini izləyəcək.


İyunun 22-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) təyin olunmuş gəmilərlə bağlı əməliyyatlar da daxil olmaqla, İran mənşəli neft, neft-kimya və ya neft məhsullarının istehsalı, satışı, təchizatı və ya göndərilməsi üçün 21 avqusta qədər sanksiyalardan imtina etdiyi açıqlanıb.



Telegram kanalımız