Samux rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxs hərbi qulluqçu olub.


"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.


Bildirilib ki, iyul ayının 1-də Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Zabil oğlu Nəzərovun olduğu avtomobil sürüşərək çay yatağına düşüb: pizza mizza


"Məlumat daxil olduqdan dərhal sonra Dövlət Sərhəd Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən hadisə yerində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində hərbi qulluqçunun nəşi aşkar edilib".



Telegram kanalımız