Rəsmi İrəvan Rusiya ilə münasibətlərində öz maraqlarını rəhbər tutur.


"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.


O, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə İrəvanda keçirilən birgə brifinqdə deyib: pizza


"Heç vaxt Rusiya ilə münasibətlərdə böhran yaratmamışıq, yaratmayacağıq və yaratmaq niyyətində deyilik. Ölkəmizin maraqları çərçivəsində hərəkət edirik".


Paşinyanın sözlərinə görə, Ermənistan beynəlxalq tərəfdaşlarının maraqlarını nəzərə alır:


"Lakin digər ölkələrin maraqlarını prioritetləşdirə bilmərik. Bu, istənilən ölkə üçün məntiqlidir".


Baş nazir Avropa İttifaqı ilə yaxınlaşma prosesinə son qoyulmasını da istisna edib.



Telegram kanalımız