Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus bir sıra yol istismar qurumları ləğv olunduğunu elan edib.


“Yeni Sabah” İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub.


Məlumata görə, agentliyin ləğv olunan yol istismar şirkətləri aşağıdakılardır: Toyuqlu pizza


"Bakı 1 №-li Yol İstismarı" MMC - direktoru Zaur Həmzəyev;


"Bakı 5 №-li Yol İstismarı" MMC - direktoru İntiqam Hüseynov;


"Bakı 6 №-li Yol İstismarı" MMC - direktoru Tural Dəmirli;


"Bakı 7 №-li Yol İstismarı" MMC - direktoru Müşviq İmranov;


"Bakı 8 №-li Yol İstismarı" MMC - direktoru Cabir Qurbanov;


"Bakı 9 №-li Yol İstismarı" MMC - direktoru Natiq İsmayılov;


"Bakı 10 №-li Yol İstismarı" MMC - direktoru Elman Cavadi;


"1 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC - direktoru Etibar Kərimov;


"17 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC - direktoru Şahin Süleymanov;


"18 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC - direktoru Camal Sadıxov.


Xatırladaq ki, daha əvvəl 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri və 1 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC, 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Bundan əlavə, 4, 5, 6, 7, 8, 9 və 10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması məhdud məsuliyyətli cəmiyyətləri də ləğv olunduqlarını elan edib.



Telegram kanalımız