Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə zərbələri nəticəsində ölən Azərbaycan vətəndaşının meyiti bu gecə Azarbaycana gətiriləcək.


"Yeni Sabah" xəbər verir ki, əslən Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini olan, 2003- ci il təvəllüdlü Fatimə Hüseynova Bakı şəhərində doğulub və orada yaşayıb.


O, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində Xarkov şəhərində həyatını itirib. pizza


Məlumata görə, Fatimə Hüseynova Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi olub və diplom almaq məqsədilə Azərbaycandan Xarkova gedib.


Mərhumun səhər doğulduğu kənd qəbiristanlığında dəfn olunacağı gözlənilir./APA



Telegram kanalımız