Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin M.S. Ordubadi küçəsində qeydə alınıb.


Belə ki, şəhər sakini, 1985-ci il təvəllüdlü Əsgərov Amid Gülxan oğlu yolu keçən zaman "Mercedes" markalı avtomobil onu vurub. Sezar pizza


Piyada aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.


Faktla bağlı araşdırma aparılır./Report



Telegram kanalımız