Azərbaycanın bəzi rayonlarında müşahidə olunan fasilələrlə yağıntılı hava şəraitinin iyulun 9-u gündüzədək davam edəcəyi, bu müddətdə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.


“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.


Qeyd edilib ki, ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb rayonlarında isə güclənəcəyi ehtimalı var. pizza sifarişi


Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.



Telegram kanalımız