Bakının bir sıra rayonlarında qaz təchizatı müvəqqəti dayandırılacaq.


"Yeni Sabah" xəbər verir ki bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.


Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 8-i, saat 10:00-dan etibarən aşağıdakı ünvanlarda qaz təchizatında fasilələr yaranacaq: Dördpendirli pizza


1. Sabunçu rayonu: Nardaran qəsəbəsi, Azərbaycan qadını və Albalılıq küçələri;


2. Yasamal rayonu: F.İbrahimbəyov, M.Naxçıvani, C.Cabbarlı, C.Qaryağdıoğlu və Z.Əhmədbəyov küçələri;


3. Binəqədi rayonu: Xocəsən və Sulutəpə qəsəbələrinin bir hissəsi;


4. Suraxanı rayonu: Əmircan qəsəbəsi, 5-ci Mədən və X.Ələkbərov küçələri.


Qeyd olunan ərazilərdə qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.



Telegram kanalımız