İlin ilk 6 ayı ərzində Azərbaycan vətəndaşları ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər arasında 780 nikah qeydə alınıb.


"Yeni Sabah" Report-a istinadla xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.


Həmin nikahlarda Azərbaycan vətəndaşlarından 369-u qadın, 411-i isə kişi olub. Dördpendirli pizza


Ötən ilin müvafiq dövründə isə 480-i qadın, 600-ü kişi olmaqla 1080 nəfər Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib.



Telegram kanalımız