Ermənistanla sərhədlərin delimitasiyası işində müsbət proseslər var.


"Yeni Sabah" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.


O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında delimitasiya prosesi istiqamətində iş gedir və bu iş üçün xüsusi komissiya yaradılıb: pizza


"Mütəmadi proses davam etdirilir. Bu kontekstdə müsbət işin şahidiyik. Bundan sonra komissiyaların işini tənzimləyən normativ aktlar qəbul edilib. Hər iki tərəfdən də təsdiq olunub".



Telegram kanalımız