Azərbaycanda yerli bazarda qızılın qiyməti əyarına və mənşəyinə görə dəyişir.


"Yeni Sabah" xəbər verir ki, hazırda 583/585 əyar (Rus və Türk qızılı) qızılın 1 qramı 125-135 manata təklif olunur.


750 əyar (İtalyan qızılı) qızılın 1 qramının qiyməti 160-187 manat arasında dəyişir. Marqarita pizza


999 əyar (saf qızıl/külçə) isə 213-250 manata satılır.


Qeyd edək ki, investisiya məqsədilə alınan 999 əyar saf qızılın qiyməti digər əyarlarla müqayisədə daha yüksəkdir. Zinət əşyalarında geniş istifadə olunan 583/585 əyar qızılların qiyməti isə 125 manatdan başlayır.



Telegram kanalımız