Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib.


"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb.


Belə ki, 1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dayağına naqil quraşdıran zaman hündürlükdən yıxılıb və hadisə yerində keçinib. Sezar pizza


Əbilfərz Balakişiyevin dəqiq ölüm səbəbi məhkəmə-tibbi ekspertiza tərəfindən müəyyən ediləcək.


Faktla bağlı araşdırma aparılır./Report



Telegram kanalımız