Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.


"Yeni Sabah" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.


Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Sezar pizza


Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Fərid Paşa oğlu Osmanovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.


Əlavə məlumat veriləcək.



Telegram kanalımız