Milli Məclisin sədri Sahibə Qafarova Qətərin keçmiş əmiri, mərhum Şeyx Xəlifə bin Həməd Ali-Saninin dəfn mərasimində iştirak edəcək.


"Yeni Sabah" xəbər verir ki, bu barədə parlament sədrinin birinci müavini Əli Əhmədov qanunverici orqanın növbədənkənar sessiyasının bugünkü iclasında məlumat yayıb.


O qeyd edib ki, S.Qafarova bununla bağlı Qətərdə səfərdədir. Pepperoni pizza


Xatırladaq ki, Qətər Dövlətinin keçmiş əmiri, ölkəyə 18 il rəhbərlik etmiş Şeyx Həməd bin Xəlifə Al Tani iyulun 12-də 74 yaşında vəfat edib.



Telegram kanalımız