Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib.


“Yeni Sabah” xəbər verir ki, Bakırköy Respublika Prokurorluğunun apardığı istintaq çərçivəsində 25 nəfər barəsində saxlanılma qərarı verilib.


Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, cəmiyyətin sağlamlığı və təhlükəsizliyini təhdid edən narkotik vasitələrə qarşı mübarizə çərçivəsində aparılan araşdırma zamanı ictimaiyyətdə sənətçi, aktyor, iş adamı və biznes sahibi kimi tanınan bəzi şəxslərin narkotik və psixotrop maddələrdən istifadə etdikləri, bu maddələrin istifadəsini asanlaşdırdıqları və bunun üçün şərait yaratdıqlarına dair əsaslı şübhələri təsdiqləyən sübutlar əldə olunub. pizza sifarişi


Bununla əlaqədar İstanbul Vilayət Jandarma Komandanlığına 25 şübhəlinin saxlanılması, yaşadıqları ünvanlarda axtarış aparılması, bioloji nümunələrinin götürülməsi və ifadələri alındıqdan sonra Bakırköy Respublika Prokurorluğuna təhvil verilməsi barədə göstəriş verilib.


Əməliyyat zamanı 10 nəfər saxlanılıb. Onlar arasında müğənnilər Sıla Gençoğlu, İlyas Yalçıntaş, Mehmet Fatih Aksoy, həmçinin Ateş İnce, Şefik Ömer Dolman, Aybüke Aldere, Ayşe Nur Balcı, İrem Haznedar, Orhan Yıldız və Öner Faruk Işık da var.


Saxlanılma qərarı verilən 25 nəfərin tam siyahısı belədir:


İlyas Yalçıntaş (müğənni)


Mehmet Fatih Aksoy


Ateş İnce


Öner Faruk Işık


Şefik Ömer Dolman


Aybüke Albere


Ayşe Nur Balcı


İrem Haznedar


Orhan Yıldız


Burak Çelik


Volkan Büyükhanlı


Büşra Tatar


Cenk Çöteli


Feyza Cihan


Asude Mercan


Sıla Gençoğlu (müğənni)


H. Eylem İpek Şafak


Gökhan Şafak


Ümit Aslan


Buğra Balkaya


Akın Altan


Oğuz Alp Güler


Kübra Altay


Hilal Zeynep Hedbe


Melis Selçukoğlu


Cəlalə



Telegram kanalımız