3 gündə yas 22 nəfər lavaşdan zəhərlənib. Bu, Gəncə və Samuxda keçirilmiş yas məclislərində baş verib.


“Lavaş məhsullarının otaq temperaturunda saxlanma müddəti 2 gündür. Amma o, qapalı paketlərdə, vakuum vəziyyətində saxlanmalıdır”.


Bunu “Yeni Sabah”a qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib. Pepperoni pizza


Onun sözlərinə görə, lavaşın üzərində yaranan mikotoksinlər insan sağlamlığı üçün olduqca təhlükəlidir:


“Havada olan kiflər nəmişlik və rütubət nəticəsində lavaşın üzərinə hopur. Nəticədə, lavaşın üzərində yaşıl ləkələr əmələ gəlir. Yaşıl ləkələr elmi təbirlə mikotoksinlərdir. Onlar kiflərdən əmələ gəlir. Bu isə insanlarda allergik reaksiyalar, mədə pozuntuları, ishal, baş ağrısı, zəhərlənmə kimi hallar yaradır”.


A.Salmanov əlavə edib ki, isti havalarda lavaşların xüsusi saxlanma qaydasına nəzarət edilməlidir:


“Lavaşın saxlanması üçün ən yaxşı üsul soyuducuda müsbət 2-4 dərəcədə 1 həftəyədək saxlamaq olar. Lavaş alarkən diqqətli olmaq vacibdir. Onların hər birinin aralarına bircə-bircə baxmaq lazımdır. Çox zaman yeni bişirilmiş lavaşı götürüb polietilen paketə qoyurlar. Belə olan halda, paketin içərisində istidən nəmişlik əmələ gəlir. Bu isə kiflənməyə gətirib çıxarır.


Bəzi hallara insanlar doğru bildikləri yanlışlıq və məsuliyyətsizlik ucbatından digər insanları zəhərləyirlər. Məsələn, görürü ki kif var, düşünür ki, nə olacaq, xırda kifdir, yas yerində yaxud iaşə müəssisəsində camaata yedirir. Nəticədə qida zəhərlənməsi baş verir. Bu cür hallarda, xüsusən isti havalarda daha diqqətli olmaq zəruridir”.


Ekspert əlavə edib ki, quru halda, məsələn, Naxçıvan lavaşını daha uzun müddət saxlamaq mümkündür:


“Naxçıvan lavaşı” adı ilə satılan məhsulun üzərinə sonradan su vurulur və yumşaq hala salınıb yeyilir. Çünki o, alındığı kimi yeyilə bilməz. Bütün qida borusu zədələnə bilər. Amma quru halda olan məhsullar gec xarab olur”.


Xatırlatma: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) iyulun 12-də Gəncə şəhərində 7 nəfərin, iyulun 14-də 3 nəfərin, iyulun 15-də isə Samux rayonunda 12 nəfərin zəhərlənməsi faktına dair hər üç yas mərasimində istehlak edilən qida məhsulları təhlil olunub və ortaq risk faktoru kimi lavaş məhsulu müəyyən edilib.


Nazim Hacıyev



Telegram kanalımız