Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 15 nəfər professor, 122 nəfər isə dosent elmi adı alıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb.
Hesabat dövründə 37 nəfərin dosent, 2 nəfərin isə professor elmi adı alması ilə bağlı müraciətinə imtina cavabı verilib. Dosent elmi adı ən çox filologiya elmləri sahəsində fəaliyyət göstərən 35 nəfərə təqdim olunub. Professor elmi adı isə daha çox iqtisad elmləri üzrə verilib. Hesabat dövründə bu sahə üzrə 3 nəfər professor elmi adına layiq görülüb. pizza mizza
Telegram kanalımız