“720 nəfər “Şirvani” künyəli şair, filosof və Osmanlı sarayında işləmiş mütəfəkkir var. Heç birini tanımırıq. Nişat Şirvani, Seyyid Əzim Şirvani və onların timsalında cəmi 19 nəfəri tanıyırıq. Qalan 701 mütəfəkkiri heç kim bilmir”.


“Yeni Sabah” xəbər verir ki, bu sözləri yazıçı Orxan Fikrətoğlu “YouTube”da yayımlanan “Söhbətgah” verilişinə səsləndirib.


O bildirib ki, vaxtilə Osmanlı İmperiyasına hökmranlıq etmiş 8 sultan xəlvətiyyə məzhəbinin ardıcılları olub: Marqarita pizza


“Xəlvətiyyənin Məkkəsi Azərbaycandır, İçərişəhərdə yerləşən Seyyid Yəhya Bakuvinin türbəsidir. 2016-cı ildə bununla bağlı film hazırladım. Sonuncu Habsburq şəhzadəsi xanım Stefani xəlvətiyyədir. Təxminən 1 il öncə atdan yıxılıb öldü. Avropa Şurasının binası onun mülküdür. Bu boyda mədəniyyətə sahibik”.


Qəribə budur ki, "Söhbətgah"da səslənməsə də, videoya verilən ad "Osmanlını şirvanlılar idarə edib"dir. Bu da "Facebook" rəylərində kinayəli atmacalara səbəb olub.    



Nazim Hacıyev



Telegram kanalımız