Şəmkir rayonunun Kür qəsəbəsində fəaliyyəti dayandırılan “Narın Qala” restoranın sahibi məlum olub.
“Yeni Sabah” milli.az-a istinadla xəbər verir ki, 11 nəfər qida qəbul etdikdən sonra zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yeləşdirilib.
AQTA əməkdaşları restoranın fəaliyyəti müvəqqəti dayandırılıb, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sezar pizza
Hadisənin baş verdiyi "Narın Qala" restoranı YAP Şəmkir Rayon Təşkilatının keçmiş sədri Fəxrəddin Vəliyevə məxsusdur. İaşə obyektini oğlu Vəli Vəliyev idarə edir.
F.Vəliyev iyulun 6-da təqaüd yaşı ilə əlaqədar YAP Şəmkir Rayon Təşkilatının sədri vəzifəsindən azad edilib.
Telegram kanalımız