Azərbaycan əhalisinin ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərclədiyi vəsaitin həcmi açıqlanıb. Rəsmi statistika ölkə vətəndaşlarının qidalanma və zərərli vərdişlərə milyardlarla manat vəsait yönəltdiyini ortaya qoyub.


“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçıların ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına xərclədiyi vəsait 17,6 milyard manata çatıb.


Bu rəqəm ölkədə ümumi pərakəndə ticarət dövriyyəsinin yarısından çoxunu təşkil edir. Rəsmi məlumatlara əsasən, vətəndaşların mağazalarda xərclədiyi hər 100 manatdan təxminən 52-54 manatı birbaşa qida məhsullarının, spirtli və spirtsiz içkilərin, həmçinin tütün məmulatlarının payına düşüb. Pepperoni pizza


Mütəxəssislər bildirir ki, xüsusilə içki və tütün sektorunda qeydə alınan yüksək dövriyyə ölkədə bu məhsullara olan gündəlik tələbatın və qiymət artımlarının birbaşa göstəricisidir. Təkcə qida deyil, zərərli vərdişlərə ayrılan bu nəhəng büdcə Azərbaycan ailələrinin ümumi xərclərində istehlak səbətinin böyük pay tutduğunu nümayiş etdirir.


Cəlalə Cəlalqızı



Telegram kanalımız