Belarus Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra hərbi obyektlərdə olub.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan nümayəndə heyəti Belarus Silahlı Qüvvələrinin aviabazasını və əlahiddə desant-hücum briqadasını ziyarət edib. Səfər çərçivəsində nümayəndə heyəti Xüsusi Əməliyyat Qüvvələrinin, eləcə də radioelektron mübarizə bölmələrinin silahlanmasında olan hərbi və xüsusi texnikalarla tanış olub. pizza sifarişi
Plana uyğun olaraq, general-polkovnik Kərim Vəliyev Pilotsuz Aviasiya Komplekslərinin (PAK) Tətbiqi və Hazırlığı Mərkəzinə, həmçinin Dövlət Hərbi-Sənaye Kompleksinin müəssisəsinə baş çəkib. Mərkəzin fəaliyyəti ilə tanışlıqdan sonra qonaqlara PAK operatorlarının hazırlığı və trenajorlarda iş prinsipləri haqqında ətraflı məlumat verilib.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Minsk şəhərində yerləşən Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin büstünü ziyarət edib. Nümayəndə heyəti qəhrəmanın büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsinə dərin hörmət və ehtiramlarını nümayiş etdiriblər.
Telegram kanalımız