Xankəndi şəhərində güclü yanğın baş verib.


"Yeni Sabah" "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən və əvvəllər taxta emalı müəssisəsi kimi fəaliyyət göstərən binada qeydə alınıb.


İlkin məlumatlara əsasən, yanğın qısa müddətdə geniş əraziyə yayılaraq yaxınlıqdakı binaya da keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub. pizza


Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir. Faktla bağlı araşdırma başlanılıb, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.



Telegram kanalımız