ABŞ qırıcı təyyarələrdən istifadə edərək, İranın İranşəhr hava limanına raket zərbəsi endirib.


"Yeni Sabah" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.


Məlumata görə, yaxınlıqdakı ərazinin sakinləri üç partlayış səsi eşidiblər. Hava limanının infrastrukturuna dəyən ziyan və ya itki barədə hələ məlumat yoxdur. pizza


Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Amerika hərbçilərinin İrana qarşı növbəti zərbələrə başladığını bildirib. İran mediası Bəndər-Abbas, Bəndər-Xomeyni və Qeşm adası yaxınlığında bir sıra partlayışların olduğunu xəbər verib./Report



Telegram kanalımız